18.10.2023
18 oktyabr 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Tovuz rayon R.İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində müstəqilliyimizin bərpası ilə əlaqədar “Azərbaycanın şərəf tarixi” mövzusunda tədbir keçirildi.
Tədbirdə çıxış edən muzeyin kiçik elmi işçisi Gültəkin Qasımova Azərbaycan Respublikasının müstəqillik yolunun təfərrüatlarını bir daha şagirdlərin diqqətinə çatdırdı. Ümumilli lider Heydər Əliyevin müstəqillik yolundu atdığı uğurlu addımlardan və daha sonra Ümumilli lider Heydər Əliyevin siyasətini uğurlu və qətiyyətli şəkildə həyata keçirən Cənab Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs edildi
.