Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon MKS-də Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirildi

18.10.2023

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı “Müstəqilliyimiz əbədidir ” başlığı altında tədbir keçirib. Kitabxananın əməkdaşı çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.Digər çıxış edənlər də dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib.