18.10.2023
Oktyabrın 18-də Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz milli sərvətimizdir" mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbir iştirakçılarına müstəqilliyimizin tarixindən, əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə ətraflı məlumat verilib və qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, regionun qüdrətli lider dövlətinə çevrilib.