18.10.2023
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Müstəqilliyin Bərpası günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda konfrans keçirilib. Pedaqoji kollektivin iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev qeyd edib ki, bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Tədbirdə çıxış edən müəllimlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi xüsusi olaraq vurğulayıblar.