16.10.2023
Şəmkir rayon Mərkəzi Kitabxanasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi münasibətilə 16 oktyabr tarixində “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” başlığı altında tədbir keçirib.Kitabxananın əməkdaşı çıxış edərək bildirib ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi tamam olur.Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib. Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi.Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib.Prezident İlham Əliyev Vətən Müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlanğıcı idi. Vətən müharibəsində əldə edilən böyük qələbə, antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası bölgədə yeni reallıqlar yaradıb.
Daha sonra mövzu ilə bağlı təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.