18.09.2023
Sentyabrın 18-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 18 Sentyabr Milli Musiqi günü ilə bağlı "Musiqi Milli xəzinəmizdir" adlı tədbir təşkil olunub. İlk öncə çıxış edən məktəbin direktoru Vəfa Kərimova qeyd edib ki, Respublikamızda hər il Üzeyir Hacıbəyovun anadan olduğu günü - 18 Sentyabr "Musiqi günü" kimi qeyd edilir. Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də şərqdə ilk operanın banisidir. Eyni zamanda O, musiqişünas alim, publisist dramaturq, pedaqoq və ictimai xadim olmuşdur. Üzeyir Hacıbəyov "Arşın mal alan", "Leyli və Məcnun", "Ər və arvad", "Əsli və Kərəm", "O olmasın , bu olsun" və bir çox əsərlərin müəllifidir.