18.09.2023
18 sentyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında 18 sentyabr Musiqi Gününə həsr olunmuş “Azərbaycan musiqisinin təntənəsi” adlı dəyirmi masa təşkil edib, sərgiyə baxış keçirib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə şöbə müdirləri Azərbaycanın musiqi tarixi, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan musiqisinin əbədi günəşi Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyəti, Musiqi Gününün yaranma tarixi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, mədəniyyətimizin böyük hamisi ümummilli lider Heydər Əliyevin Üzeyir bəy Hacıbəyli irsinə diqqəti və qayğısının nəticəsi olaraq Bəstəkarın 110 illik yubileyi münasibətilə 1995-ci il 17 sentyabr tarixində imzaladığı Sərəncama əsasən, 18 sentyabr Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur. Şərqdə ilk operanın müəllifi, Azərbaycan Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəyli peşəkar milli musiqimizin banisi kimi çox zəngin və qiymətli irs qoymuşdur. Tədbirdə çıxış edən tələbələr Azərbaycan mədəniyyətinin, musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin müstəsna musiqi xidmətlərindən, musiqi xəzinəmizi zənginləşdirən əsərləri haqqında öz mülahizələrini söyləyərək qeyd ediblər ki, dahi Bəstəkarın şərəfinə ölkəmizdə müsabiqələr keçirilir, festivallar təşkil olunur.
Mövzuya həsr olunmuş “Azərbaycan musiqisinin təntənəsi””, “Şuşa mədəniyyətinin inciləri” başlıqlı geniş sərgiyə baxış keçirilib.