14.10.2023
2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Heydər Əliyev Mərkəzinin bələdçisi Aybəniz Əsgərova şagirdlərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.