18.09.2023
Şəmkir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Üzeyir Hacıbəylinin yaradıcılığından danışılmış, dahi bəstəkarın musiqi əsərləri səsləndirilmişdir. Mədəniyyət mərkəzinin solistlərinin ifasında "Sənsiz", "Sevgili canan", "Çırpınırdın Qara dəniz" və başqa musiqilər səsləndirilmiş , eyni zamanda musiqi günü üçün hazırlanmış videoçarx təqdim olunmuşdur. Tədbirdə milli rəqslər rəqs kollektivləri tərəfindən nümayiş edilmişdir. Tədbirin sonunda Şəmkir rayon İcra hakimiyyətinin birinci müavini Süleyman Zeynallı çıxış edərək tədbir iştirakçılarına Qazax-Tovuz Regional Mədəniyyət idarəsi tərəfindən hazırlanmış təşəkkürnamələr təqdim edilmişdir.