Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əsrin bəlası narkomaniya

11.10.2023

11 oktyabr 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Qalereyanın əməkdaşları və rəsm dərnək şagirdlərinin iştirakı ilə “Əsrin bəlası narkomaniya” başlığı altında dəyirmi masa keçirildi. Qalereyanın əməkdaşları şagirdlərlə maarifləndirici söhbətlər apararaq ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması, dövlətimizin bütün qüvvəsi ilə bu bəlaya qarşı mübarizəsindən və vətəndaş olaraq bizim də bu mübarizəyə qoşulmağa borclu olduğumuzu qeyd ediblər.