Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

””Azərbaycan!”- deyiləndə ayağa dur”

12.10.2023

Oktyabrın 12-də Tovuz rayon Mərkəzi Kitabxanasında Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar ""Azərbaycan!"- deyiləndə ayağa dur" adlı ədəbi-bədii gecə təşkil edilib.

Tədbirdə çıxış edənlər Məmməd Arazın ədəbiyyat sahəsində xidmətləri və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Sonra fəal oxucular şairin "Azərbaycan", "Vətən mənə oğul desə", "Ana yurdum, hər daşına üz qoyum", "Ata ocağı" və başqa şeirlərindən nümunələr səsləndiriblər.