12.10.2023
12 oktyabr 2023-cü il tarixdə Ağstafa şəhər 1 saylı Folklor klubunda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Mədəniyyət şöbəsi Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvləri Günay Qədiməliyeva və Ləman Rəhimova mövzu ətrafında geniş məlumat verdilər.