12.10.2023
12 Oktyabr 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları fiziki məhdudiyyətli şəxslərə mədəni xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq Tovuz rayon Yuxarı Öysüzlü kənd sakinləri Aslanova Xəzəngül, Aslanov Minacəddin və Paşayeva Nigarı ziyarət etdilər.
Ziyarət zamanı onların qayğılarından bəhs olundu. Fiziki məhdudiyyətli şəxslərə qarşı necə davranılmalı, idarə və müəssisələrdə onlara böyük güzəştlər olunduğundan və bundan əlavə hansı imtiyazlara sahibdirlər ondan bəhs edildi.