Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində ”18 Sentyabr - Milli Musiqi Günüdür” mövzusunda tədbir keçirildi

18.09.2023

18 sentyabr 2023-cü il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində "18 Sentyabr - Milli Musiqi Günüdür" mövzusunda tədbir keçirildi

Tədbirdə Milli Musiqimizin tarixindən,görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından,onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan,ölkədə Milli Musiqi günü keçirilməsi ənənələrindən danışılmış, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində görülən işlərdən danışılmışdır. 

Sonda musiqi məktəbinin müəllimləri və şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kiçik konsert proqramı nümayiş etdirilmişdir.