Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib

18.09.2023

Sentyabrın 18-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Xəyal Nağıyev, tədris hissə müdiri Sevda Məmmədova çıxış edərək, bu günün təsis olunma tarixindən, dövlətin musiqimizə diqqət və qayğısından, milli musiqimizin zənginliyindən, bu istiqamətdə dahi bəstəkar Üzeyir Hacıbəyovun müstəsna xidmətlərindən danışıblar.

Tədbir məktəbin müəllimlərdən ibarət ansamblının və şagirdlərin ifalarında maraqlı konsert proqramı ilə davam etdirilib.