Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Musiqi yaşadıqca həyat yaşayır”

18.09.2023

18 sentyabr 2023- cü il tarixində Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində Milli Musiqi günü ilə əlaqədar "Musiqi yaşadıqca həyat yaşayır" adlı tədbir keçirildi. Tədbiri ilk öncə məktəbin direktoru Ramil Qurbanov giriş sözü ilə açaraq Üzeyir Hacıbəyovun həyat və yaradıcılıgı haqqında geniş şəkildə çıxış etdi.

Sonra məktəbin müəllimi Ərkinaz Hacıyeva, Kəmalə Abdullayeva, Məlahət Nəbiyeva çıxış edərək bəstəkarın yaradıcılıgı haqqında geniş məlumat verdilər.

Daha sonra məktəbin şagirdləri bəstəkarın əsərlərini ifa edərək tədbirə gözəllik qatdılar.