Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbində Milli Musiqi günü qeyd olundu

18.09.2023

18 sentyabr 2023-cü il tarixində Qazax şəhər 1 nömrəli Uṣaq Musiqi Məktəbində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Çiçək Maşayeva Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxlu sayda töhfələrdən danışmışdır. Nə qədər ki, Azərbaycan xalqı mövcuddur, milli musiqi sənətimizdə öz dəsti-xətti olan Üzeyir Hacıbəylinin doğum günü bayram kimi qeyd ediləcək, gələcək nəsillər onun yaradıcılığından bəhrələnəcək.

 Sonra tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.