Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Uşaq Musiqi Məktəbində Milli Musiqi günü qeyd olundu

18.09.2023

18 sentyabr 2023-cü il tarixində Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi Məktəbində Milli Musiqi Günü münasibətilə tədbir keçirildi.Tədbirdə öncə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə tamaşaçılara geniş məlumat verildi. Daha sonra məktəbin müəllim və şagirdlərinin ifasında dahi bəstəkarın ,,Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarından parçalar nümayiş etdirildi.