Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində Milli Musiqi günü qeyd olundu

18.09.2023

18 Sentyabr 2023-cü il tarixində Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 138-ci illiyi və 18 sentyabr Milli Musiqi günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ü. Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətində əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılıb. 

Tədbirin davamında müəllim və şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilmişdir.