Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əzm və İradənin Dəmir Yumruq birliyi”

26.09.2023

26 sentyabr 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Azərbaycan Respublikasında Anım günü (27.09.2020) ilə əlaqədar olaraq “Əzm və İradənin Dəmir Yumruq birliyi” adlı ədəbi kompozisiya təşkil edib, sərgiyə baxış keçirib. Bir qrup tələbə, fəal oxucu və məktəblilərin iştirak etdiyi tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedənŞəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzi kitabxananın şöbə müdirləri Müzəffər Ali Baş Komandan , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır!” devizini rəhbər tutaraq Silahlı Qüvvələrimizin rəşadətli döyüş yolu, yenilməz xalqımızın sonsuz Vətən sevgisi sayəsində 30 illik Vətən-Qarabağ həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat veriblər. Tələbə və məktəblilər Şəhidlərə həsr olunmuş esse, şeir söyləyib, qəhrəmanlıq marşı ifa ediblər.

İştirakçılar “Əzm və İradənin Dəmir Yumruq birliyi” adlı sərgi ətrafında fikir mübadiləsi edib, Şəhidlərə həsr olunmuş yeni materiallarla yaxından tanış olublar.

Həmçinin, Mərkəzi kitabxananın uşaq şöbəsi Anım Gününə həsr olunmuş şeir saatı keçirib. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər, sərgi ilə tanış olublar.