Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Elçin Rövşən oğlu İbrahimovun ailəsi ziyarət olundu

26.09.2023

26 sentyabr 2023-cü il tarixində Ağstafa Hüseyn Arif Ev Muzeyi, Ağstafa Tarix - Diyarşünaslıq Muzeyi, Ağstafa şəhər 1 saylı Folklor klubunun əməkdaşları 44 günlük vətən müharibəsi şəhidi Elçin İbrahimovun ailəsini ziyarət edibləe. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin İbrahimov noyabrın 14-ü Şuşada şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn edilib.