27.09.2023
27 sentyabr Anım Günü ilə əlaqədar Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları şəhid baş leytenant Mahmudov Emin Pünhan oğlunun ailəsini ziyarət ediblər.
Qeyd edək ki, Kapitan Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirib, ən qaynar nöqtələrdə zabit kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, xüsusi xidmətlər göstərib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsində şücaətləri ilə yadda qalıb. Hadrut istiqamətində gedən döyüşlərdə yaralansa da, əsgərlərini darda qoymayıb. Döyüş yoldaşlarını mühasirədən çıxarmağa nail olub.