Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Anım günü qeyd edildi

27.09.2023

27 sentyabr 2023-cü il tarixdə Qazax Şəhidlər Xiyabanında 27 sentyabr-Anım günü ilə qeyd edilib. Tədbirdə Qazax rayon Mədəniyyət Mərkəzi və filialların əməkdaşları da iştirak ediblər. 

Tədbirdə torpaq uğrunda canından keçən Vətən oğullarımızın xatirəsi böyük hörmət və ehtiramla anılıb. Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi önünə tər güllər qoyulub. 

Daha sonra mədəniyyət işçiləri Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.