27.09.2023
Tovuz rayon Mərkəzi Kitabxanası 27 Sentyabr Anım gününə həsr olunmuş "Tarix yazan qəhrəmanlar" mövzusunda anım tədbiri keçirib. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman igidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 30 illik işğalı bitirmək üçün 44 gün yetdi. Azərbaycan bu zəfəri xalqla dövlətin sarsılmaz birliyi, "Dəmir yumruq" tək birləşməsi sayəsində qazandı. Azərbaycan əsgərinin rəşadəti, Ali Baş Komandanın qətiyyəti qarşısında düşmən diz çökdü. Bu qələbəni biz şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına qazandıq. Erməni işğalından azad olunmuş torpaqlarımızın hər qarışında şəhid qanı var. Bu tarixi zəfərə görə biz əbədi olaraq onlara borcluyuq. Qəhrəman şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq.