Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hüququndan keçən əsgər”

27.09.2023

27 sentyabr tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq "Hüququndan keçən əsgər" adlı tədbir keçirildi.Tədbiri məktəbin direktoru Məhəmməd Hüseynov açaraq 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilədi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Bildirildi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev in 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.

Azərbaycan hər zaman mubariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir,xatirəsini uca tutur. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!