Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qanları ilə dastan yazan vətən oğulları”

27.09.2023

Qazax Tarix-Diyarşünaslıq Muzeyi və M.P.Vaqif və M. V. Vidadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr Anım Gününə həsr olunmuş "Qanları ilə dastan yazan vətən oğulları" mövzusunda anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.