Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qürurun və Zəfərin tarixi”

27.09.2023

27 sentyabr 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq Qərənfil körpələr evi uşaq bağçasının iştirakı ilə “Qürurun və Zəfərin tarixi” mövzusunda tədbir keçirildi. 

 Tədbirdə çıxış edən muzeyin bələdçisi, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı Səməndərov Yasin özünün və döyüş yoldaşlarının birgə iştirakı ilə keçmiş olduğu döyüş yolundan danışdı. Şəhidlərimizi unutmamağı, onların ruhlarını daim anmalarının vacibliyini bildirdi.