01.10.2023
2 oktyabr 2023-cü il tarixində Qazax rayon Mərkəzi kitabxanasında 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Kövrək qəlbli Ahıllara hörmət milli dəyərlərimizdəndir” adlı səyyar kitabxana xidməti təşkil edib. Qazax rayon Müharibə və Əmək Veteranlarının istirahət mərkəzində təşkil olunan görüşdə onların zövqünə uyğun kitablar təqdim olunub, seçdikləri kitablardan hissələr, şeirlər mütaliə olunub, səmimi söhbət aparılıb, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan Ahılların ömür yollarından xatirələri dinlənilib. Sərvəti həyat təcrübəsi olan, dili alqışlı Ahıllarımız yurdumuza əmin-amanlıq, gənclərimizə bol ruzili ömür arzulayıblar. Onlara göstərilən dövlət qayğısından razı olduqlarını, onları yad edib, ruhlarını oxşayan mütaliə ilə xidmət etdiklərinə görə kitabxana əməkdaşlarına xüsusi minnətdarlıqlarını bildiriblər və kitabxanaya üzv yazılıblar.
Eyni zamanda yaşlı, Ahıl Şəhid ailələrinə baş çəkilib.