05.10.2023
Oktyabrın 5-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 5 Oktyabr-Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Ey hörmətli müəllim, hər könüldə yerin var" adlı tədbir təşkil olunub. İlk öncə məktəbin direktoru Vəfa Kərimova bu gün münasibəti ilə pedoqoji kollektivi təbrik etdi və bildirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Daha sonra qeyd edib ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirməsidir.