05.10.2023
5 oktyabr 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə rəsm dərnək müəllim və şagird kollektivinin iştirakı ilə “Müqəddəs peşə sahibləri” başlığı altında dəyirmi masa keçirildi. Qalereyanın əməkdaşı Vüsalə Musayeva bu günün təsis edilməsi, “Müəllim” sözünün “Ana”, “Vətən” sözləriylə bərabər tutularaq müqəddəs peşə sahibləri olduqlarını diqqətə çatdırıb.