Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ən şərəfli peşə sahibləri”

05.10.2023

5 oktyabr 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən 5 Oktyabr müəllimlər günü ilə əlaqədar olaraq M.Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində “Ən şərəfli peşə sahibləri” mövzusunda tədbir keçirildi. 

 Tədbirdə çıxışlar zamanı şagirdlərə müəllimlik peşəsinin necə şərəfli və dəyərli peşə olduğundan bəhs edildi. Həyat və karyera imkanlarında uğur əldə etmək üçün mütləqdir ki, o uğurun təməlini müəllim qoysun. Və buna görə də daim müəllimlərimizi diqqət mərkəzində saxlayıb, onların verdikləri istər bilik tövhələrini, istər həyat tövhələrini diqqətlə dinləyib yerinə yetirmək vacibdir.