05.10.2023
Oktyabrın 5-də Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yuxarı Öysüzlü kənd folklor evində 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ilə bağlı "Hər könüldə yerin var" adlı tədbir keçirilib.
İlk öncə Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov M.Qarayev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbin müəllim kollektivini təbrik edib və qeyd edib ki, siz həm məsuliyyətli həm də şərəfli peşənin sahibisiniz. Daha sonra həmin məktəbin bir sıra müəllimlərini fəxri fərmanla təltif edib. Tədbir konsert proqramı və səhnəciklə davam etdirilib.