Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Arzuladığımız təhsil üçün ehtiyac duyduğumuz müəllimlər”

05.10.2023

5 oktyabr 2023-cü il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində 5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə "Arzuladığımız təhsil üçün ehtiyac duyduğumuz müəllimlər" başlıqlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Məhəmməd Hüseynov açaraq muəllimləri təbrik etdi,onlara işlərində müvəffəqiyyətlər arzuladı. Həmçinin qeyd etdi ki, müstəqil Azərbaycanda bu bayramın keçirilməsi ilə bağlı sərcamı ulu öndər Heydər Əliyevin tərəfindən verildiyini söylədi.Bildirdi ki, müəllim peşəsini yüksək qiymətləndirən ümumilli lider Heydər Əliyev deyirdi: "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına,millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır".

Sonda məktəbin müəllim və şagirdləri musiqi proqramı ilə çıxış etdilər.