Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müəllim insanları aydınlığa çıxaran işıqdır”

05.10.2023

5 oktyabr 2023-cü il tarixində Şəmkir şəhər 7 illik Uşaq Musiqi Məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllim insanları aydınlığa çıxaran işıqdır" başlıqlı tədbir keçirilib.

Tədbiri direktor vəzifəsini müvəqqəti icra edən Samirə Rüstəmova açaraq müəllimləri təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının dövlət Himni səsləndi və Şəhidlər bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirdə Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyər və qiymətli fikirlərdən səsləndirildi: "Mədəniyyət,musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir.Biz xoşbəxtik ki,xalqımızın belə zəngin mədəniyyəti, musiqi incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır,başını uca tutur".