Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Ahıllar günü qeyd edildi

02.10.2023

02 oktyabr 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Oktyabr-Ahıllar günü münasibəti ilə "Ahıllara hörmət və ehtiram borcumuzdur " adlı tədbir təşkil edilib. 

Tədbir Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbirdə uzun illər mədəniyyət sahəsində çalışan, hazırda təqaüddə olan mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq bu gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı, uzun ömür arzulayıb.

 Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, MKS-nin direktoru Fəridə Xudiyeva və başqaları çıxışlarında bildiriblər ki, dövlətimiz hər zaman qocalara, ahıllara, kimsəsizlərə xüsusi qayğı ilə yanaşır. Cəmiyyətimizdə ahıllara hər zaman qayğı və nəvaziş göstərilir. Bu ənənə bu gün də qorunur və yüksək səviyyədə yaşadılır. Ahıl insanların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. 

Tədbirə dəvət olunan yaşlılar onlara göstərilən bu diqqətə, qayğıya görə mədəniyyət işçilərinə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

Sonra tədbir onlar üçün təşkil olunan çay süfrəsi arxasında davam etdirilib.