02.10.2023
2 oktyabr 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax rayon Komitəsinin əhatəsində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində və Mədəniyyət Mərkəzində çalışan əməkdaşlarla birlikdə 7 oktyabr - Beynəlxalq Layiqli Əmək Gününə həsr olunmuş "Layiqli Əmək uğrunda on altıncı Ümumdünya fəaliyyətlər günü "mövzusunda dəyirmi masa keçirilib.
İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon komitəsinin sədri İ.Qurbanov açıb. Daha sonra Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti, MİHİ Qazax rayon Komitəsinin Rəyasət Heyətinin üzvü Z.Mürsəlova məsələ haqqında məruzə edib.
Məruzə ətrafında çıxış edənlər rayon Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, Qazax rayon MKS –nin direktoru F.Xudiyeva, Qazax rayon MKS –nin şöbə müdiri, MİHİ Qazax rayon Komitəsinin Rəyasət Heyətinin üzvü S.Qasımova 7 oktyabr - Beynəlxalq Layiqli Əmək Gününün əhəmiyyətindən söhbət açaraq qeyd ediblər ki, bu gün Saziş və Kollektiv Müqavilələrdə də öz əksini tapıb. Çıxış edənlər MİHİ Qazax rayon Komitəsinin və ilk həmkarlar ittifaqı təşkilatlarının bu işdə üzərinə düşən vəzifələri qeyd ediblər. Daha sonra görüş dialoq şəkilində davam etdirilib. Sonda təklif olunub ki, işçilərin keyfiyyətli və təhlükəsiz iş yerləri, sosial təminat, layiqli və ədalətli əmək haqqı ilə təmin olunmasında aparılan işlər daha da gücləndirilsin.