03.10.2023
03 oktyabr 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyi, M.P.Vaqif və M. V. Vidadinin Xatirə Muzeyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov açaraq "7oktyabr - Ümumdünya Layiqli Əmək Günü" - nün əhəmiyyətindən danışlb, İşçilərin sosial iqtisadi hüquqlarının qanuni mənafelərinin qorunması istiqamətində rayon komitəsinin apardığı işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən məruzəçilər Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və muzeyin elmi işçisi Aynur Qasımova layiqli iş yerlərinin yaradılması, gənclərin məşğulluğu, gender bərabərliyinin təmin olunması , işləyən əlillərə qayğı sahəsində respublikamızda aparılan işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Dəyirmi masa diskussiya şəklində davam etdirilib.