Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev- Vətənin keşiyində durmaq şərəf və qürurdur”

04.10.2023

Oktyabrın 4-də "Heydər Əliyev ili" çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində gənc əsgər və zabitlər arasinda vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi ilə "Heydər Əliyev- Vətənin keşiyində durmaq şərəf və qürurdur" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Ağatafa rayon Heydər Əliyev Mərkəzinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Sektorunun, Gənclər evi sosial xidmət müəssisəsinin, MKS-in əməkdaşları, "N" saylı hərbi hissənin əsgər və zabit heyəti və gənclər iştirak ediblər.

 

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən natiqlər Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax -Tovuz Regional Gənclər İdman İdarəsinin Ağstafa rayonu üzrə Sektorunun baş məsləhətçisi Turan Hüseynov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, “N” saylı hərbi hissənin zabiti Şahmar Piriyev və Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Aysel Kazımova qeyd ediblər ki, Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. 

Daha sonra xidməti dövründə fərqlənən bir qrup hərbçilər Fəxri Fərmanlarla təltif olunublar.

 

Sonda tədbir iştirakçılarına mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, onlar eksponat, fotoşəkil və kitablarla tanış olublar.