Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncə terroru - sözün bitdiyi an...”

05.10.2023

5 oktyabr 2023-cü il tarixində Qazax rayon Mərkəzi Kitabxanasında Cəbrayıl rayonunun işğaldan azad olunması gününə həsr olunmuş “Gəncə terroru - sözün bitdiyi an...”, “Yayı da, qışı da gül olan Bərdəm qan içində” adlı dəyirmi masa keçirib, sərgi nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. İlk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qurban gedən Şəhidlərin , Gəncə və Bərdə terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə xidmət şöbəsinin müdiri 44 günlük Vətən müharibəsinin uğurlu əks əməliyyatı nəticəsində qədim Azərbaycan torpağı olan Cəbrayıl rayonunun işğaldan azad olunmasının böyük Qələbəmizin sorağından xəbər verdiyini qeyd edərək, 2020-ci ilin oktyabr ayında beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan erməni silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini raket zərbələrinin qurbanına çevirdiyini bildirib.  

Tədbirdə iştirak edən tələbələr çıxışlarında ermənilərin Gəncə və Bərdə şəhərlərində törətdikləri qanlı terroru pisləyərək mülki əhalinin həlak olmasının erməni faşizminin cinayətləri olduğunu qeyd ediblər.

Mövzuya həsr olunmuş “Gəncə terroru - sözün bitdiyi an...”, “Yayı da, qışı da gül olan Bərdəm qan içində” adlı sərgi ətrafında söhbət zamanı Böyük Zəfərə imza atan qüdrətli Azərbaycan dövlətinin nailiyyətləri qürurla qeyd olunub, erməni faşizminin törətdikləri terror hadisələri pislənilib.