Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Oxuyaq, öyrənək, öyrədək”

09.08.2023

9 avqust 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasında 9 avqust - Beynəlxalq Kitabsevərlər günü münasibətilə “Oxuyaq, öyrənək, öyrədək” adlı kitab sərgisi keçirilib. 

Qeyd edək ki, hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. Bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib.