Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında “Oxu, öyrən tarixini: Gənclər tarixi olduğu kimi bilməlidirlər” adlı tədbir keçirildi

09.08.2023

09 avqust 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında “Oxu, öyrən tarixini: Gənclər tarixi olduğu kimi bilməlidirlər” adlı tədbir keçirib. Tədbirdə BDU-nun bir qrup tələbəsi, fəal oxuclar və kitabxana əməkdaşları iştirak edib. Oxucuların asudə vaxtlarını kitabla keçirməsi məqsədi ilə təşkil olunan tədbirdə şöbə müdiri Fatma Hüseynova ilk öncə Ölkə Prezidenti Cənab İlham Əliyevin “Gənclər tarixi olduğu kimi bilməlidirlər” dəyərli fikirlərini oxucuların nəzərinə çatdırıb. Azərbaycanın qəhrəmanlıqlarla dolu şanlı tarixi haqqında ətraflı məlumatında tarixdə möhtəşəm xalq azadlıq hərəkatının başçısı kimi adı əsrlərlə yaşayan Babək və Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Qacarın qəhrəmanlıqlarından bəhs edib. Öz vətənpərvərliyi və qorxmazlığı ilə digər xanlardan seçilən, rus qoşunları komandanına, qüvvələr nisbəti bərabər olmasa bele, “Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən” deyə oğulları ilə birgə qəhrəmancasına həlak olan Cavad xanın hər zaman örnək olan həyatı haqqında ətraflı məlumat verib. Tələbələr hər iki xalq qəhrəmanının həyatından faktlar, məlumatlarla çıxış ediblər, onlar haqqında yazılan kitablarla tanış olublar. Asudə vaxtlarında tarixdə iz qoyanlarımız haqqında dəyərli məlumatlar öyrəndikləri üçün razılıqlarını bildiriblər.