31.07.2023
31 iyul 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində 1 Avqust Azərbaycan Əlifbası və Ana dili günü munasibəti ilə "Ana dilim,doğma dilim" adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək qeyd edib ki, Ana dilin hərtərəfli inkişafı,dövlət dilinə çevrilməsi,diplomatiya aləminə yol açması,dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir.Çünki dil təkcə ünsüyyət vasitəsi deyil, həm də xalqın tarixi,ədəbiyyatı,mədəniyyətidir.Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi : "Dil ədəbiyyatla,mədəniyyətlə,mənəviyyatla bağlıdır.Bunlarsız isə vətənpərvərlik formulu yoxdur."