Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında 30 iyul Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş “İnsan alverinə səssiz qalma!” adlı tədbir keçirilib

03.08.2023

28 iyul 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana 30 iyul Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş “İnsan alverinə səssiz qalma!” adlı dəyirmi masa təşkil edib. Bir qrup tələbənin və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə mövzu ətrafında maarifləndirici fikir mübadiləsi aparılıb. İştirakçılar Azərbaycan Respublikasında qəbul olunmuş İnsan alverinə qarşı mübarizəyə yönəldilmiş Dövlət Proqramlarında göstərilən profilakitika yönümlü tədbirlər haqqında məlumatlandırılıblar. Belə ki, İnsan alverinin, xüsusi ilə də, qadın və uşaqların sosial problemlərinin, onların baxımsızlığı və kimsəsizliyinə səbəb olan şəraitin aşkar edilməsi və vaxtında hüquqi tədbirlərin görülməsi, onların mədəniyyət müəssələrində, kitabxanalarda xüsusi tədbirlərə cəlıb olunması istiqamətində işlər aparılması kimi məsələlər haqqında söhbət aparılıb.