Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dilimizin daha mükəmməl səviyyədə inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”

31.07.2023

İyulun 31-də Qazax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində 1 avqust aq 1- Azərbaycan Əlifbası və Azərbaycan dili Günü ilə əlaqədar “Dilimizin daha mükəmməl səviyyədə inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda dəyirmi masa təşkil edildi. Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq bu əlamətdar günün Ümummilli lider Heydər Əliyevin 2001- ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilməsindən danışıb və bildirib ki, xalqımızın milli kimliyinin təcəssümü olan Azərbaycan dili və əlifbasının inkişafında, onun saflığının qorunmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. 

Sonda Azərbaycan dili və əlifbasının inkişafında Heydər Əliyevin xidmətlərindən bəhs edən filmə baxış keçirilib.