31.07.2023
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsində uğur qazanmış şagirdlərin 31 iyul 2023-cü il tarixində Ağstafa şəhər Uşaq Musiqi Məktəbində konserti təşkil olunub.
Çıxışlar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Sonda məktəbin direktoru Arif Əliyev çıxış edərək, konsertin ərsəyə gəlməsində mühüm rolu olan müəllim və şagirdlərə öz minnətdarlığını bildirib.