Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dilimiz milli sərvətimizdir”

01.08.2023

1 avqust 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanasının və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 1 avqust - Ana dili gününə həsr olunmuş "Dilimiz milli sərvətimizdir" mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə çıxış edənlər söyləyiblər ki, hər bir xalqın kökü ana dilindən başlanır. Tarixin sərt sınaqlarından alnıaçıq çıxan Azərbaycan xalqının ana dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi, nüfuzunun yüksəlməsi dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılıb.