Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Xalqla yaşayan ömür” adlı konsert proqramı keçiridi

19.07.2023

"Heydər Əliyev İli" çərçivəsində iyulun 19-da Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə "Xalqla yaşayan ömür" adlı konsert proqramı keçirilib. 

 Tovuz rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında keçirilən konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, həmişə olduğu kimi bu tədbirin də maraqlı alınması üçün mədəniyyət mərkəzinin bir neçə filialları yaxından iştirak edib.