21.07.2023
İyulun 21-də Tovuz rayon Mərkəzi kitabxanasında Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar ""Əkinçi"dən düşən işıq" mövzusunda informasiya saatı təşkil edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri əks etdirmiş, xalqımızın maariflənməsində mühüm rol oynamışdır. Yarandığı 148 il ərzində Azərbaycan Milli Mətbuatı zəngin və mənalı inkişaf yol keçmişdir.