21.07.2023
21 iyul 2023-cü il tarixində Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində Mətbuat günü ilə əlaqədar olaraq "Milli mətbuatın inkişaf yolu" adlı tədbir keçirildi.
Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin milli mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli istiqamətində mühüm işlər görülür.