Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mətbuat cəmiyyətin aynasıdır”

21.07.2023

21 iyul 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində 22 iyul Milli Mətbuatımızın yaranması günü ilə əlaqədar olaraq "Mətbuat cəmiyyətin aynasıdır" adlı dəyirmi masa keçirilib.

Tədbiri muzeyin elmi işçisi Aynur Qasımova açaraq qeyd edib ki, Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur.1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ olub. Əsasən maarifçilik missiyasını yerinə yetirən "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu yol neçə - neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli -azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərib. Tarixin müxtəlif ictimai -siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə,insana xidmət borcunu şərəflə yerinə yetirib.